İtaliya UEFA Millətlər Liqasının bürünc mükafatçısı olub
Bu gün UEFA Millətlər Liqasının “Dördlər finalı”nın bürünc mükafatçısı müəyyənləşib.
AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, İtaliya millisi matçın 46-cı dəqiqəsində hesabı açıb, Nikolo Barella fərqlənib.
Oyunun 65-ci dəqiqəsində baş hakim Belçika seçməsinin qapısına penalti zərbəsi təyin edib və Domeniko Berardi ikinci topu qapıdan keçirib. Qarşılaşmanın başa çatmasına üç dəqiqə (87-ci dəqiqə) qalmış Belçika yığmasında 0yuna yenicə daxil olmuş Kevin de Brüynenin ötürməsindən sonra Şarl de Ketelare hesab arasındakı fərqi azaldıb.
Beləliklə, İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşmada italyanlar 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnirin həlledici görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Həmin görüşdə İspaniya və Fransa yığmaları üz-üzə gələcək.