Doqquz illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı sadələşdirilib

Xəbərlər

05.03.2021 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

İmtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar olmayacaq

 

Azərbaycanda 9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı sadələşdirilib. Bu barədə AYNA-ya Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

 

Qeyd olunub ki, yeni təqdim olunan imtahan modelinə əsasən, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar olmayacaq.

 

“İmtahanda iştirakçılara qapalı tipli tapşırıqlar və kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaq”, -DİM-in məlumatında deyilir.

 

Qurum yaxın vaxtlarda otk.az portalı vasitəsilə yeni imtahan modelinə uyğun sınaq imtahanının keçiriləcəyini bildirib.

 

DİM pandemiya və müharibə dövründə bəzi bölgələrdə təlim-tədris prosesində fasilələr yarandığını, buna görə də Təhsil Nazirliyi ilə razılıq əsasında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılması üçün Nazirlər Kabinetinə müraciət edildiyini də açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş