Donetskdə atəşkəs pozuldu: Ukrayna hərbçisi yaralanıb

Dünya

11.02.2021 - 12:34

Peski qəsəbəsi ərazisindən atıcı silahlardan və snayper silahlarından hədəf atəşi açılıb

 

Ukrayna Birləşmiş Qüvvələri Əməliyyat Qərargahı son 24 saat ərzində Donetskdə atəşkəs rejiminin yeddi dəfə pozulduğunu açıqlayıb. Bu barədə AYNA Ukrayna mediasına istinadən bildirir.

 

Qeyd edilib ki, separatçıların nəzarətində olan Donetsk bölgəsindəki Peski qəsəbəsi ərazisindən atıcı silahlardan və snayper silahlarından hədəf atəşi açılıb. Nəticədə bir Ukrayna hərbçisi yaralanaraq xəstəxanaya aparılıb.

 

“Zolotoe-4” yaşayış məntəqəsi yaxınlığında isə Ukrayna Ordusunun mövqeləri istiqamətində bir pilotsuz uçuş aparatı istifadə edilib.

 

Qeyd edək ki, 2014-cü ildə Donetsk və Luqansk bölgələri Kiyevdəki mərkəzi hakimiyyət dəyişikliyindən sonra “müstəqilliyini” elan edib. Ukrayna bu separatçılığın Rusiya tərəfindən dəstəklədiyini bildirərək, Rusiyanı işğalda günahlandırır. Rəsmi Moskva isə iddianı rədd edir.

Müəllif: Ayna.az