“Dokta” tələbləri pozub

Xəbərlər

08.02.2025 - 20:27

Həkimlər Klinikalar SEO Xidməti

Aptek tələbləri pozduğuna görə cərimələnib

“Dokta” MMC aptek təşkilatlarına dair tələbləri pozduğuna görə cərimələnib. AYNA xəbər verir ki, müvafiq qurum tərəfindən MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, sözügedən inzibati xətaya görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş