Dmanisidə gərginliyə son qoyulub

Dünya

17.05.2021 - 21:43

Həkimlər Klinikalar SEO Xidməti

Tərəflərin bir-birini bağışladığı bildirilir 

 

Gürcüstanın Dmanisi rayonunda mübahisə tərəfləri arasında barışıq əldə olunub.

 

AYNA “Report”a istinadən xəbər verir ki, bu barədə şərqi Gürcüstanın müftisi Etibar Eminov Dmanisi meriyasında keçirilən görüşdən sonra bildirib.

 

Onun sözlərinə görə, tərəflər bir-birini bağışlayıb: “Məişət zəminində baş vermiş qarşıdurma daha da gərginləşə bilərdi. Gərginliyə din xadimləri, dövlət rəsmiləri və Dmanisi sakinlərinin iştirakı ilə son qoymaq mümkün oldu”.

 

Görüşdən sonra tərəflər barışıq rəmzi olaraq əl sıxıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş