DİN xəbərdarlıq edir, həkim tövsiyə: <font color=red> Sonra “demədilər” deməyin</font>

Cəmiyyət

21.06.2021 - 21:07

“Yeraltı və yerüstü piyada keçidlərində maska taxılmalıdır, çünki...”

 

Bir çox insanlar yeraltı və yerüstü piyada keçidlərində tibbi maska taxılmasından məlumatsız olduqları üçün cərimələnirlər. Bunun üçün kifayət qədər insanların şikayətləri də var. Vətəndaşların əksəriyyəti bu tələbdən xəbərsiz olduqlarını iddia edirlər. Bəziləri isə qərarın düzgün olmadığını və keçidlərdə maskadan istifadənin mənasız olduğunu düşünürlər. 

 

Yeraltı və yerüstü piyada keçidlərində maska taxmaq vacibdirmi? AYNA suala cavab axtarıb.

Elşad Hacıyev yeni vəzifəyə təyin edildi

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev vətəndaşları bu kimi mövzularda diqqətli olmağa çağırıb: “Çünki doğru bildikləri səhvlər onların qayda pozması, nəticədə İnizbati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən cərimələnmələri ilə nəticələnir”.

 

Qurumun rəsmisinin sözlərinə görə, yeraltı və yerüstü keçidlərin ticarət obyektləri olan hissələri insanların çox toplaşdığı yerlər olduğu üçün, həmin məkanlarda infeksiyanın yayılması daha çox müşahidə olunur: “Açıq havada tibbi maskadan istifadə etmək barədə qadağa götürülsə də, vətəndaşlarımız pandemiya şəraitində bütün qapalı məkanlarda sosial məsafəyə riayət etməli, tibbi maskadan istifadə etməlidirlər. Yeraltı və yerüstü keçidlər də qapalı məkandır və burada tibbi maskadan istifadə edilməlidir”.

No description available.

Tibb üzrə fəlsəfə doktoru, həkim-infeksionist Vüqar Cavadzadə də yeraltı və yerüstü keçidlərin qapalı məkanlar sayıldığını deyib: “Qərarda qapalı məkanlarda maskadan istifadə olunması tələbi qeyd olunub. Amma qərarda yerüstü və yeraltı keçidlərin istisna təşkil etməsi barədə hər hansı bir bənd yoxdur. Ona görə də həmin yeraltı və yerüstü məkanlarda maska taxılmalıdır”.

 

Mütəxəssisin sözlərinə görə, qərar buarda ümumi olaraq verilib: “Orda qərar punktlarla, incəlikləri il qeyd edilməyib. Elə yeraltı keçidlər var ki, uzunluğu 5-10 metrdir. Orada hava işləmir. Həmin məkanlarda hava axını açıq havada olduğu kimi deyil. Ona görə də həmin yerlərdə yoluxma təhlükəsi daha yüksəkdir”.

 

“Gün ərzində yeraltı keçiddən yüzlərlə insan o yan-bu yana keçir. Ona görə də maskadan istifadə sözügedən yerlərdə vacibdir. İnsanlar buna görə niyə narahatdırlar ki?! Qanunlara və qaydalar riayət etdik ki, yoluxmaların sayı da bu qədər azaldı. Bu qərar da digər qərarlar kimi insanların xeyirinədir. Verilən qərarlar çoxalmış yoluxmaların qarşısını almaq üçündür”, - deyə Cavadzadə vurğulayıb.

Müəllif: Ülviyyə Şahin