Dərisinin rəngi dəyişən həkim öldü - <font color=red> FOTO</font>

Dünya

02.06.2020 - 15:18

Hu Veifengin həyatını xilas etmək mümkün olmayıb

 

Koronavirus pandemiyasının ortaya çıxdığı Çinin Vuhan əyalətində COVID-19-a yoluxan və dərisinin rənginin dəyişməsi ilə gündəmə gələn həkim vəfat edib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, 4 ay koronavirusdan müalicə olunan həkim Hu Veifengin həyatını xilas etmək mümkün olmayıb.

 

Bir müddət əvvəl koronavirusa yoluxma səbəbilə xəsətəxanaya yerləşdirilmiş həkim dəri rənginin dəyişməsi ilə gündəmə gəlmişdi. Belə ki, koronavirusdan müalicə olunmağa başladıqdan sonra ağdərili həkimin rəngi tündləşmişdi.

Qeyd edək ki, Çində cari il aprel ayının 17-dən COVID-19-dan ölüm faktı qeydə alınmamışdı.

Müəllif: Ayna.az