Deputatlar aras;nda fikir mübadiləsi baş tutub
Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev Fransada səfərdədirlər.
AYNA xəbər verir ki, dünən Milli Məclisin deputatları Fransa Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüblər.
Soltan Məmmədov bildirib ki, maraqlı və faydalı fikir mübadiləsi baş tutub.
Fransanın Azərbaycandakı səfiri Ann Bualon “Twitter@də paylaşımında Fransa ilə Azərbaycan arasında parlament əlaqələrinin canlandığını görməkdən şad olduğunu vurğulayıb: “Milli Assambleya və Milli Məclisin iki dostluq qrupunun sədrlərinə təşəkkür edirəm”.