Deputatlar toplanırlar: 12 məsələyə baxılacaq

Xəbərlər

07.12.2020 - 16:33

Milli Məclisin növbəti iclası dekabrın 11-də keçiriləcək

 

Dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Milli Məclisin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, iclasın gündəliyinə 12 məsələ daxil edilib.

 

Bunlar aşağıdakılardır:

 

1. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 12-si saat 00:00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarı;

 

2. Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ müzakirə olunacaq;

 

3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında;

 

4. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə;

 

5. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə;

 

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında;

 

7. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə;

 

8. “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə;

 

9. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında;

 

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında;

 

11. Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə;

 

12. “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri birinci oxunuşda.

Müəllif: Ayna.az