Qüdrət Həsənquliyev: “İctimai rəy öyrənilməlidir”
Milli Məclisdə “Formula 1” yarışının uzadılması ilə bağlı ictimai rəyin öyrənilməsi təklif edilib. AYNA Modern.az-a istinadən xəbər verir ki, belə təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.
“Bakı şəhərində 7 ildir “Formula 1” yarışı keçirilir. Yarışın müddəti daha 3 il artırıldı. Amma bu cür insanların geniş müzakirəsinə səbəb olmuş məsələrlə bağlı qərarın qəbulunda ictimai rəy öyrənilmir. Təklif edirəm ki, belə məsələlərdə ictimai rəyin öyrənilməsi vacibdir”,- deyə deputat çıxışında bildirib.