Deputat: “Şəhid adlarının əbədiləşdirilməsi tələbinə yenidən baxılsın”

Xəbərlər

23.04.2021 - 12:19

Həkimlər Klinikalar SEO Xidməti

Əli Məsimli: “Şəhid ailələrini ən çox narahat edən məsələ övladının adının əbədiləşdirilməsidir”

 

“Qanunvericilikdə şəhid adının əbədiləşdirilməsi ilə bağlı tələblərə yenidən baxılmalıdır”. AYNA xəbər verir ki, bu təkliflə Milli Məclisin iclasında deputat Əli Məsimli çıxış edib.

 

Ə.Məsimli qeyd edib ki, şəhid ailələrini ən çox narahat edən məsələ övladının adının əbədiləşdirilməsidir: “Elə kənd var ki, onun sadəcə bir şəhidi var. Ancaq həmin şəhidin adı nə məktəbə, nə də küçələrə verilə bilir. Çünki qanunvericilikdə qoyulan tələblərlə bunu etmək olmur. Hesab edirəm ki, məsələyə yenidən baxılmalı, qərar qəbul olunmalıdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş