Dənizdə batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub

Xəbərlər

13.08.2022 - 23:53

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti 3 nəfəri xilas edib

Bu gün dənizdə çimən 3 nəfər batma təhlükəsi ilə üzləşib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Mərdəkan” və ”Şüvəlan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən həmin şəxslər xilas olunub.

Müəllif: Ayna.az