Daşkəsəndə toyda qətl olub

Hadisə

25.07.2021 - 20:26

Hadisə "Köhnə stadion" adlanan ərazidə qeydə alınıb

 

Daşkəsəndə qətl hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonda "Köhnə stadion" adlanan ərazidə keçirilən toy məclisində qeydə alınıb.

 

İlkin məlumata görə, rayonun Alaxançalı kənd sakini 1998-ci il təvəllüdlü Namazov Eldəniz Mustafa oğlu toyda tanışı tərəfindən bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

 

Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlara başlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az