Daşkəsəndə 23 yaşlı oğlanı sel aparıb

Xəbərlər

29.06.2023 - 23:43

cedabet dərman SEO Xidməti

Cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb. AYNA "Report"a istinadən məlumatına görə, bu gün axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş