Danimarkada ibadətlərə icazə verilib

Dünya

19.05.2020 - 11:41

cedabet dərman SEO Xidməti

Karantin çıxmaq üçün növbəti addımı atıldı

 

Danimarkada koronavirusa görə, bağlanan məscidlər yenidən açılıb. AYNA xəbər verir ki, Danimarka hökuməti karantin rejiminin ikinci yumşaldılma mərhələsini həyata keçirdikdən sonra, kilsə və məscidlərdə kütləvi ibadətlərin yerinə yetirilməsinə icazə verib.

 

Danimarka İslam Birliyi nəzdində fəaliyyət göstərən “Kopenhagen Ayasofya Məscidlər Birliyi”nin rəhbəri Əbdül Vahid Kart məsciddə gördükləri ehtiyat tədbirləri haqqında məlumat verib: “İnsanlar arasında 4 metrlik məsafə tətbiq etmişik, girişə dezinfeksiya alətləri qoymuşuq, dəstəmazxanaları bağlamışıq və rəsmilərin istəyəcəyi təqdirdə təqdim etmək üçün namaz qılmağa gələnlərin adlarını və telefon nömrələrini qeyd edirik”.

 

Qeyd edək ki, Danimarkada COVID-19-dan ilk ölüm qeydə alnandan sonra, 11 martdan etibarən Baş Nazir Mette Frederiksen sərt tədbirlərə start vermişdi. Qaydalara əsasən, məktəblər, restoranlar, kafelər, gözəllik salonları, ticarət mərkəzləri, kilsələr və məscidlər bağlanmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş