Daha bir ölkənin Baş naziri koronavirusa yoluxub

Dünya

09.12.2020 - 03:14

İon Kiku işinə distant formada davam edəcək

 

Moldovanın Baş naziri İon Kiku koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Boris Xarya sosial şəbəkədə yazıb.  

 

“COVID-19-a aid bir neçə simptomlara görə Baş nazir İon Kiku test verdi. Nəticə pozitiv çıxdı. Baş nazir vəzifəsinin icrasına distant şəkildə davam edəcək”, - deyə Xarya bildirib.

Müəllif: Ayna.az