Digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacağı bildirilib
Sabahdan etibarən "Bus Trans" MMC-nin müvəqqəti istismarında olan 206 nömrəli müntəzəm marşrut xətti (Lökbatan qəs. - "Elmlər Akademiyası" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.