Daha 70 sakin Laçına yola salınıb

Xəbərlər

30.10.2023 - 09:52

cedabet dərman SEO Xidməti

Bununla da Laçın şəhərində 315 ailənin daimi məskunlaşması təmin ediləcək

Bu gün növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. AYNA xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə Bakı və Sumqayıtda məskunlaşmış 16 ailə, yəni 59 nəfər yola düşüb. Bu gün, həmçinin Beyləqan və Şamaxı rayonlarında məskunlaşmış daha 4 ailə (11 nəfər) isə yaşadıqları ərazidən yola salınacaq. Onlar Horadiz şəhərində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Bununla da Laçın şəhərində 315 ailənin (1205 nəfər) daimi məskunlaşması təmin ediləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş