Daha 6 erməni hərbçisinin meyiti tapılıb

Dünya

19.08.2021 - 02:36

Həkimlər Klinikalar SEO Xidməti

Noyabrın 10-dan sonra 1 642 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib

 

Azərbaycanın Cəbrayıl rayonu ərazisində Ermənistan ordusunun 6 hərbçisinin meyiti tapılıb.

 

AYNA "Sputnik Armenia"ya istinadən xəbər verir ki, təxliyə edilən meyitlərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək.

 

Məlumata görə, Azərbaycanın işaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 642 nəfərin meyiti aşkarlanaraq Ermənistana təxliyə edilib.

 

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusu tərəfindən məhv ediliblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş