Dağıstanın Novokuli kəndinin keçmiş başçısı öldürülüb

Dünya

07.02.2021 - 13:09

Kaplanov həmyerliləri tərəfindən torpaq münaqişəsi nəticəsində qətlə yetirilib

 

Dağıstanın Novokuli kəndinin keçmiş başçısı Abakar Kaplanov torpaq mübahisəsinə görə həmyerliləri tərəfindən öldürülüb. AYNA xəbər verir ki, bu barədə mərhumun əmisi oğlu Ramzan Sultanov REN TV-yə verdiyi müsahibəsində deyib.

 

O, bildirib ki, hadisə fevralın 6-da yerli vaxtla saat 21: 00-da baş verib.

 

“Cəsədinin üzərinə kağızda torpaqla bağlı bir açıqlama yazılıb. Qətl Novokuli kəndindən olan həmyerlilər tərəfindən törədilib”, - deyə Sultanov vurğulayıb.

 

Hadisənin torpaq mübahisəsindən baş verdiyi faktı Dağıstanın Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənir.

 

 

Müəllif: Ayna.az