“PUA-nın hücumu ilə əlaqədar Mahaçqala hava limanında bütün uçuşlar qeyri-müəyyən müddətə dayandırılıb”
Dağıstanda mülki və hərbi obyektlərdə təhlükəsizlik rejimi gücləndirilib. AYNA xəbər verir ki, bu barədə məlumat rayon rəhbərinin administrasiyasının “Telegram” kanalında yerləşdirilib.
“PUA-nın hücumu ilə əlaqədar Mahaçqala hava limanında bütün uçuşlar qeyri-müəyyən müddətə dayandırılıb. Kaspiyskdə PUA hücumu ilə bağlı insident səbəbindən hava limanı qeyri-müəyyən müddətə bağlanıb”, - deyə məlumatda qeyd olunub.