Çoxmərtəbəli yaşayış binasında yanğın olub

Hadisə

27.07.2020 - 18:59

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Lənkəran rayonunun Digah kəndində “ВАЗ” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bakı şəhərinin Sabunçu rayonunda da yanğın olub. Doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 76 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları 20 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş