COVID-19 uşaqların gələcəyini təhdid edir

Cəmiyyət

16.04.2020 - 11:00

Həkimlər Klinikalar SEO Xidməti

Həkim: “Qızılca əleyhinə peyvəndin təxirə salınması öz fəsadlarını göstərəcək”

 

BMT-nin Uşaq Fondunun (UNİCEF) yeni məlumatına görə, koronavirus (COVID-19) sürətlə yayıldığı üçün dünyanın 24 ölkəsində qızılca peyvəndi kampaniyası təxirə salınıb. Bunun mənfi təsirlərinin 117 milyondan çox uşaqda özünü göstərəcəyi qeyd olunur.

 

Belə bir vəziyyətin yaranması nə kimi fəsadlara səbəb ola bilər? Bu müddətdə uşaqları necə qorumaq lazımdır?

 

Həkim-pediatr Vaqif Qarayev AYNA-ya açıqlamasında deyib ki, peyvəndin təxirə salınması müxtəlif xəstəliklərə gətirib çıxara bilər: “Bütün epidemiyalarda səhiyyənin iki vəzifəsi var. Birincisi odur ki, sağlam insanları qorumaq və bunun üçün tədric tədbirləri həyata keçirmək, ikincisi isə vaksindən istifadə etmək. Vaksin də olmadığı üçün dünya bu durum qarşısında aciz qalıb. Qızılca infeksiyasında isə peyvəndin çox böyük əhəmiyyəti var. Çünki qızılca sadə xəstəlik deyil. Hətta ölümcül tərəfləri belə, var”.

Həkim tövsiyəsi olmadan bunları etməyin - Pediatr

“Ümumdünya Səhiyyə Təşkilatının keçənilki statistikasında müxtəlif ölkələrdə qızılca epidemiyasının ağır fəsadları ilə bağlı məlumatlar yer alıb. Bu sırada Almaniya, Ukrayna, Suriya kimi ölkələrin adları çəkilir. Hətta, Rumıniyada insanlar şüurlu şəkildə qızlca peyvəndindən imtina etməyə başlayıblar. Ki, bunun nəticəsində də bu ölkədə 60-dan çox insan qızılca infeksiyasının qurbanı olub. 1990-cı illərdə Azərbaycanda da müharibə şəraitinə görə peyvənd kampaniyası təxirə salınmışdı. Nəticədə də difteriya xəstəliyi başlamış və geniş vüsət almışdı. Yəni vaksin əleyhinə olanlar hansı arqumenti gəirsələr belə, praktika hər zaman əksini göstərib. Çox güman ki, bu da öz təsirini müəyyən müddət ərzində göstərəcək”, - mütəxəssis bildirib.

 

Qarayev hesab edir ki, koronavirus böyük virus ailəsi olduğu üçün uşaqlarla yanaşı, böyüklərin də qorunmasına ehtiyac var: “Bu, koronavirusun yeni növüdür deyə, tibb hazırda bu xəstəliyin qarşısında aciz qalıb. Məsələn, elm adamları tərəfindən yanvarda deyilən məlumatlar bu gün təkzib olunur. İstər yoluxma, istər xəstəliyin gedişatı, istər müalicə, istərsə də xəstəliyin əlamətləri ilə bağlı hər gün yeni məlumatlar üzə çıxır. Ona görə də epidemiya yaradan infeksiyalarda ən birinci şərt təcriddir. Çünki virusun yaşaması üçün insan hüceyrəsinə ehtiyac var. Əgər insan xəstələnib daha sonra sağalsa, bu şəkildə virusu öldürə biləcək. Yaxud da virus onu öldürməklə onun bədənində özü də məhv olacaq. Digər məqam isə virusun kortəbii yoluxmasıdır. Yəni insanlar arasında sıx təmas olmasa, virus canlı hüceyrə tapmayacaq və yaşaya bilməyəcək. Bunun nəticəsində də məhv olacaq. Ona görə də hər kəs bu virusdan qorunmalıdır”.

 

“Hətta, virusun yayılmağa başladığı 4 ay ərzində uşaqlar haqqında elə də təhlükəli informasiyalar qeydə alınmayıb. Əslində isə uşaqların immuniteti zəif olduğu üçün virus onların orqanizmində daha öldürücü təsirlərə malik olmalıdır. Amma əksini görürük. Həm yoluxma faizi, həm də ölüm halları uşaqlar arasında çox aşağıdır. Yəni, yeni növ koronavirusun bu cür təzadlı tərəfləri var. Lakin bu virusa yoluxmamaq üçün mütləq şəkildə istər uşaq, istərsə də böyüklər Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etməlidirlər”, - deyə müsahibimiz əlavə edib.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş