Ölkədə COVID-19 əleyhinə 49 nəfərə peyvənd vurulub
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 nəfərə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə 31, ikinci mərhələ üzrə yeddi, üç və daha çox doza üzrə doqquz, pozitiv nəticədən sonra "buster" doza üzrə iki nəfər vaksinasiya olunub.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 967 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 801, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 170, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 654, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 266 338 təşkil edir.