Azərbaycanda son həftə koronavirusa qarşı peyvənd vurulmayıb
Azərbaycanda oktyabrın 2-dən 8-dək koronavirus (COVID-19) əleyhinə peyvənd vurulmayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 969 897, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 570, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 373, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 524, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 430 təşkil edir.