COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

11.06.2023 - 19:48

cedabet dərman SEO Xidməti

Bir gündə 40 nəfər vaksinasiyadan keçib

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 40 peyvənd  vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 12, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 966 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 699, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 883 983, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 236, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 248 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş