Azərbaycanda son sutkada 100 nəfər COVID-19-a qarşı peyvəndlənib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 100 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 66, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 24, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 2 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 963 300, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 085, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 841, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 403 177, pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 266 197 nəfər təşkil edir.