Bir gündə birinci mərhələ üzrə 301 nəfər vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1791 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 261, üç və daha çox doza vaksin vurduranların sayı 1057, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 172 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 842 888, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 329, üç və daha çox doza vaksin vurduranların sayı 3 354 294, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 257 488 təşkil edir.