Ölkədə 220 mindən artıq şəxs "buster" doza peyvəndlənib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 591 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1847, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 18 460, pozitiv nəticədən sonra "buster" doza olunanların sayı isə 1132 nəfərdir.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 13 286 364, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 315 399 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 805 594, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 945 147, pozitiv nəticədən sonra "buster" doza olunanların sayı 220 224 təşkil edir.