Səhiyyə Nazirliyinin rəsmisi koronavirusa təkrar yoluxma ilə bağlı suala aydınlıq gətirib
“Koronavirusa təkrar yoluxma qeydə alınmayıb”.
AYNA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Hələ ki, COVID-19-a təkrar yoluxmanın rəsmi şəkildə mövcudluğu ilə bağlı tanış deyilik”, o bildirib.