Corc Floydun ölüm səbəbi açıqlanıb

Dünya

02.06.2020 - 06:24

Tibbi ekspertizaya görə, afroamerikalının ölümü qətl nəticəsində gerçəkləşib

 

Həkimlər ABŞ-ın Minnesota ştatında afroamerikalı Corc Floydun ölüm səbəbini açıqlayıblar.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, tibb işçilərinin məlumatına görə, Floyd mexaniki asfiksiyadan və ya oksigen çatışmazlığından dünyasını dəyişib. Tibbi ekspertizaya görə, afroamerikalının ölümü qətl nəticəsində gerçəkləşib.

 

Xatırladaq ki, mayın 25-də dələduzluqda ittiham olunan Corc Floydu saxlayan polis əməkdaşı dizi ilə onu boğaraq xəstəxanalıq edib. Son sözləri “Nəfəs ala bilmirəm” olan Corc reanimasiyada dünyasını dəyişib. Bu isə ABŞ-da kütləvi etiraz aksiyalarına səbəb olub.

Müəllif: Ayna.az