Corc Floydu qətlə yetirən polisə 22 il həbs cəzası verilib

Dünya

26.06.2021 - 07:27

Həkimlər Klinikalar SEO Xidməti

Keçmiş polis işçisi törətdiyi cinayətə görə üzr istəməyib

 

Minneapolis məhkəməsi afroamerikalı Corc Floydu qətlə yetirən keçmiş polis işçisi Derek Şovini 22,5 il həbsə məhkum edib.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, hakim Piter Kehill bu qərarın ictimai rəyə əsaslanmadığını və emosiyalara qapılmadan verildiyini bildirib.

 

Şovinin cəzasının üçdə iki hissəsini çəkdikdən sonra şərti azadlığa buraxılmaq üçün müraciət edə biləcəyi də xatırladılıb.

 

Keçmiş polis işçisi Floydun ailəsinə başsağlığı versə də, törətdiyi cinayətə görə üzr istəməyib.

 

Xatırladaq ki, Corc Floydun 2020-ci il mayın 25-də Şovin tərəfindən öldürülməsi bütün ABŞ-da kütləvi etirazlara səbəb olmuşdu.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş