“Əməliyyat İsrail kəşfiyyat xidməti Mossad və İsrail hərbçilərinin hərəkətlərinin nəticəsidir”
Livanda Hizbullah üzvlərinə məxsus peycerlərin partlamasının arxasında İsrail kəşfiyyatı və ordusu dayana bilər. AYNA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Livan boyu minlərlə insanın yaralanmasına səbəb olan əməliyyat İsrail kəşfiyyat xidməti Mossad və İsrail hərbçilərinin hərəkətlərinin nəticəsidir", - telekanalın jurnalistləri bildiriblər.
“The New York Times” qəzetinin yazdığına görə, hər peycerdə batareyanın yanında partlayıcı qurğu yerləşdirilib. Partlayıcı uzaqdan işə salmaq üçün açarla təchiz edilib. Mesajı aldıqdan sonra qurğular eyni vaxtda işə başlayıb.
Qeyd edək ki, peycerlərin partlaması nəticəsində 4 minə yaxın insan xəsarət alıb. Onlardan 400-nün vəziyyəti kritik qiymətləndirilir.