Cinpin: “Rusiya və Çin bir çox sınaqlardan keçmiş həqiqi dostlardır”

Dünya

28.02.2025 - 17:30

Həkimlər Klinikalar SEO Xidməti

“Çin və Rusiya ümumi sərhədlə bağlı mehriban qonşulardır”

“Rusiya və Çin bir çox sınaqlardan keçmiş həqiqi dostlardır”. AYNA.AZ  TASS-a istinadən xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının sədri Si Cinpin Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşü zamanı deyib.

“Çin və Rusiya ümumi sərhədlə bağlı mehriban qonşular, eyni zamanda, bir çox sınaqlardan keçmiş həqiqi dostlardır”, - deyə Çin lideri qeyd edib.

Qeyd edək ki, bu gün Pekində Böyük Xalq Zalında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə Çin lideri Si Cinpin arasında görüş olub. Danışıqlar zamanı təhlükəsizlik sahəsində ikitərəfli məsələlərin, o cümlədən beynəlxalq və regional problemlər müzakirə edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş