Çingiz Hüseynov vəfat edib

Mədəniyyət

09.01.2024 - 10:42

Yazıçı 94 yaşında dünyasını dəyişib

Azərbaycanın görkəmli yazıçısı Çingiz Hüseynov 94 yaşında vəfat edib. AYNA xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yazıçının yaxınları məlumat paylaşıblar.

1929-cu il aprelin 20-də Bakıda anadan olan yazıçı həm də tənqidçi, ədəbiyyatşünas və tərcüməçi olub. O, əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb.

Qeyd edək ki, yazıçı əvvəllər Moskvada yaşayırdı. Ömrünün son illərində isə İsraildə mühacirət həyatı sürürdü.

Allah rəhmət eləsin!

Müəllif: Ayna.az