Çində torpaq sürüşməsi: 8 nəfər itkin düşüb

Dünya

08.07.2020 - 17:04

Xilasedicilər yaşlı bir qadını dağıntı altından sağ çıxarıblar

 

Çinin Hubey vilayətində mövsümi yağışların törətdiyi torpaq sürüşmələri nəticəsində 8 nəfər itkin düşüb. AYNA xarici mediaya istinadən bildirir ki, bu gün səhər saatlarında baş verən sürüşmə nəticəsində 9 nəfər dağıntı altında qalıb.

 

Xilasedicilər yaşlı bir qadını dağıntı altından sağ çıxarıblar. Dağıtnı altında qalan 2 nəfərin isə yeri müəyyənləşib. Axtarış-xilasetmə işləri davam edir.

 

Qeyd edək ki, iyulun 8-də Hubey vilayətində mövsüm yağışları ilə əlaqədar fövqəladə hazırlıq vəziyyətinin dərəcəsi 4-dən 3-ə yüksəldilib. Güclü yağışlar sel, daşqın, torpaq sürüşməsi, palçıq axını kimi fəsadlar törədib. 

Müəllif: Ayna.az