Çində pandemiya dövründə bir ilk yaşanıb

Dünya

23.05.2020 - 13:53

cedabet dərman SEO Xidməti

Çində koronavirusla bağlı son vəziyyət açıqlanıb

 

Çin Milli Səhiyyə Komitəsi son 24 saatda asimptomatik yeni yoluxma qeydə alındığını, lakin ölən olmadığını bildirib. AYNA xəbər verir ki, Komitə bunun bir ilk olduğunu qeyd edib. 

 

Digər tərəfdən, mümkün ikinci dalğanın başlanğıc səbəbi kimi göstərilən asimptomatik hallar davam edir. Məlumatlara görə, Çində 28 yeni asimptomatik hadisənin qeydə alındığı bildirilir. 

 

Asimptomatik halların və pandemiyanın bərpasının qarşısını almaq istəyən səlahiyyətli orqanlar virusun mərkəzi olan Vuhan şəhərində bütün vətəndaşları sınaqdan keçirməyə başlayıblar.

 

Qeyd edək ki, Çində bu günə qədər 82 min 971 nəfər koronavirusa yoluxub. 4 min 634 nəfər isə virusun qurbanı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş