Virusa yoluxanlardan hamısı xaricdən gələn şəxslər olub
Çində son sutka ərzində daha 4 nəfər koronavirusa yoluxub, 32 pasiyent sağalıb, ölən yoxdur.
AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, virusa yoluxanlardan hamısı xaricdən gələn şəxslərdə aşkar olunub.
Qeyd edək ki, dekabr ayından indiyədək Çində koronavirusdan 4 633 nəfər həyatını itirib, 82 862 yoluxma halı qeydə alınıb.