Çində koronavirusa yoluxanların sayı artıb

Dünya

16.01.2021 - 23:53

Koronavirusa yoluxanların sayı artmaqda davam edir 
 
Çində 8 aydan sonra koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb və virusa yoluxanların sayında yenidən artım müşahidə edilib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, virusa yoluxanların sayından artım olduğu üçün Pekin şəhərində 1500 palatalı yeni xəstəxana tikilib. 
 
Həmçinin, Hubey şəhərində də 3000 palatalı yeni xəstəxananın inşası üçün işlər davam etdirilir. Bununla yanaşı, yoluxmaların artmasına görə yanvarın 6-dan etibarən COVİD-19 əlayehinə peyvəndlənmə kampaniyasına start verilib və 10 milyondan çox insan test edilib. 
Müəllif: Ayna.az