Çində daşqınlar nəticəsində azı 15 nəfər ölüb, itkin düşənlər var

Dünya

12.10.2021 - 07:34

Təbii fəlakət bölgəsindən xeyli sayda insan təxliyə edilib 

Çinin Şansi əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 15 nəfər ölüb, daha 3 nəfər itkin düşüb.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Hakimiyyət orqanlarının məlumatına görə, təxminən 34,9 milyon əhalisi olan əyalətin 11 şəhər və 76 əyalətinin 1 757 milyon nəfər sakini daşqınlar səbəbindən fəlakət bölgəsindədir. Bundan əvvəl 120 mindən çox insanın təcili olaraq təxliyə edildiyi də bildirilib.

Qeyd edilir ki, əyalətin daşqınlardan birbaşa iqtisadi ziyanı 5 029 milyard yuanı (cari məzənnə ilə təxminən 7 809 milyon ABŞ dolları) keçib. Şansidə 19,5 mindən çox bina dağılıb, 18,2 mindən çox binaya ciddi ziyan dəyib.

Ötən həftə daşqınlar nəticəsində 5 nəfərin öldüyü bildirilib.

Müəllif: Ayna.az