Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Xəbərlər

12.07.2022 - 12:34

Həkimlər Klinikalar SEO Xidməti

Ötən gün qeydə alınan cinayətlərdən 43-nün üstünün açılması təmin olunub

İyulun 11-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 43-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən yeddisinin üstünün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 28, o cümlədən borclu şəxs qismində axtarılan 20 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı bir fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş