Çin, Yaponiya və Cənubi Koreya ABŞ-ın rüsumlarına birgə cavab verəcəklər

Dünya

01.04.2025 - 11:12

Həkimlər Klinikalar SEO Xidməti

Çin Yaponiya və Cənubi Koreya istehsalçılarından mikroçiplər almaq niyyətindədir

Çin, Yaponiya və Cənubi Koreya ABŞ-ın ticarət məhdudiyyətlərinə qarşı birgə çıxmaq və elektron komponentlərin qarşılıqlı tədarükünü gücləndirmək barədə razılığa gəliblər. AYNA.AZ xəbər verir ki, bu barədə Honq-Konqun “The Standard” nəşri məlumat yayıb.

Razılaşmalara əsasən, Çin Yaponiya və Cənubi Koreya istehsalçılarından mikroçiplər almaq niyyətindədir. Bunun müqabilində Yaponiya və Cənubi Koreya yarımkeçirici istehsalı üçün xammalı Çindən idxal edəcəklər.

Nəşr qeyd edir ki, bu cür əməkdaşlıq Amerika sanksiyalarından asılılığı azaldacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş