“Venesuela təbii sərvətləri üzərində tam suverenliyə malik bir dövlətdir”
“ABŞ-ın Venesuelanın Çin və Rusiya ilə əlaqələrini kəsməsi tələbi zorakılıqdır”. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mao Ninq deyib.
Diplomat bildirib ki, "ABŞ-ın həyasızcasına güc tətbiq etməsi və indi Venesuela neftinə nəzarət tələb etməsi "Amerika birinci" şüarının reallaşması və tipik zorakılıqdır".
Mao Ninq həmçinin “Venesuelanı təbii sərvətləri üzərində tam suverenliyə malik bir dövlət” adlandırıb.
O bildirib ki, Vaşinqtonun hərəkətləri “beynəlxalq hüququ və Venesuela xalqının hüquqlarını ciddi şəkildə pozur”.