Çin-dən ABŞ-a cavab: idxal olunan mallara rüsumları tətbiq edir

Dünya

04.02.2025 - 16:44

Həkimlər Klinikalar SEO Xidməti

Rüsumlar fevralın 10-dan tətbiq olunmağa başlayacaq

Çin ABŞ-dan idxal olunan məhsullara cavab rüsumları tətbiq edir və Amerikanın “Google” korporasiyasının Çin bazarındakı işi ilə bağlı araşdırmaya başlayıb. AYNA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Kömür və maye qazın idxalına 15 faiz, xam neft, kənd təsərrüfatı maşınları və güclü mühərrikli avtomobillərə isə 10 faiz rüsum tətbiq olunacaq. Rüsumlar fevralın 10-dan tətbiq olunmağa başlayacaq.

Çin həmçinin yüksək texnologiyalı istehsal üçün əsas olan mineralların ixracına nəzarəti gücləndirir. Söhbət volfram, tellur, vismut, molibden və indiumdan gedir. Onların bir çoxu ABŞ tərəfindən ölkənin iqtisadi və milli təhlükəsizliyi üçün kritik hesab olunur.

Bundan əlavə, Çin səlahiyyətliləri antiinhisar pozuntusunda şübhəli bilinən “Google”a qarşı araşdırmaya başlayıblar. Onlar həmçinin iki Amerika şirkətinə - “Calvin Klein” və “Tommy Hilfiger” geyim brendlərinin sahibi olan “PVH Group” və Çində ofisləri olan “Illumina” biotexnoloji firmasına qarşı da sanksiyalar tətbiq ediblər.

Qeyd edək ki, bu gün ABŞ Prezidenti Donald Trampın daha əvvəl elan etdiyi Çinin ABŞ-a ixracına etdiyi 10%-lik rüsumlar qüvvəyə minir. Donald Tramp administrasiyasının Meksika və Kanadadan idxala tətbiq etməyi planlaşdırdığı yeni tariflər ABŞ və bu ölkələrin rəhbərləri arasında aparılan danışıqlardan sonra bir aylıq təxirə salınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş