Ceyhun Bayramov Robert Obraynla görüşüb

Siyasət

24.10.2020 - 02:35

Həkimlər Klinikalar SEO Xidməti

XİN başçısı Ermənistanın hərbi təxribatları barədə məlumat verib

 

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ-a işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Robert Obrayn ilə görüşü keçirilib.

 

XİN-dən AYNA-ya verilən məlumata görə, Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan son vəziyyət, Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, azərbaycanlı mülki əhalini və yaşayış məntəqələrini hədəf alınması, dinc əhali arasında çoxsaylı itkilərin olması, Ermənistanın beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozması barədə ətraflı məlumat verib.

 

Bölgədə davamlı sülhün və rifahın təmin olunması üçün işğal faktının aradan qaldırılması və dövlətlərin beynəlxalq tanınmış sərhədlərinə hörmətin təmin olunmasının vacibliyi vurğulanıb. Tərəflər, həmçinin ölkələr arasındakı əməkdaşlıq gündəliyinə daxil olan məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş