Ceyhun Bayramov qardaş ölkəyə başsağlığı verib

Siyasət

05.03.2021 - 02:54

Həkimlər Klinikalar SEO Xidməti

XİN başçısı: "Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi"

 

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən və 10 hərbçinin şəhid olması ilə nəticələnən helikopter qəzası ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

 

AYNA-nın xəbərinə görə, xarici siyasət idarəsinin rəhbəri bununla bağlı "Twitter" hesabında paylaşım edib.

 

“Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan 10 şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik.

 

Başın sağ olsun, qardaş Türkiyə!”, - XİN başçısı vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş