Prezidentin köməkçilərinin həqiqətləri gizlətmə ənənəsi davam edir

Siyasət

24.12.2019 - 11:00

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət başçısı ictimai nəzarətin hədsiz zəif olmasından narazıdır

 

Prezident İlham Əliyev yeni bir ənənənin başlanğıcını qoydu. Prezident ilin sonunda 4 yerli televiziya kanalına geniş müsahibə verdi. İlham Əliyev bundan əvvəl REAL TV-yə geniş müsahibə vermişdi. Ancaq budəfəki format başqa ölkə liderlərinin, o cümlədən qonşu Türkiyə və Rusiya prezidentlərinin istifadə etdikləri üsula bənzəyirdi.

 

Misal üçün, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan partiyasının qrup toplantısında müxtəlif mövzularla bağlı geniş açıqlamalar verməklə yanaşı, ən azı ayda bir dəfə hansısa televiziya kanalına geniş müsahibə verir və ən müxtəlif suallara cavab verir. Bununla cəmiyyətdə informasiya boşluğunun və şayiələrin qarşısını alınır.

 

Azərbaycanda da informasiya siyasətinin gücləndirilməsinə ehtiyac var. Azərbaycan Prezidenti müxtəlif müşavirələrdə müxtəlif mövzular barədə açıqlamalar versə də, bir çox məsələlərin aydınlaşdırılması, dəqiqləşdirilməsi vacibdir. Məsələn, Prezident müsahibə boyunca “Azərbaycan Avropa İttifaqı ilə sazişi nə zaman imzalayacaq”, “Azərbaycanın Avropaya inteqrasiyası hansı şərtlər altında mümkündür”, “Şərq Tərəfdaşlıq Proqramından gözləntilərimiz varmı”, “Dövlət başçısı həbs olunan icra başçıları barədə nə düşünür” və “Erkən parlament seçkilərinə nə ehtiyac var idi” kimi suallara aydınlıq gətirdi.

 

Televiziya təmsilçiləri ilk suallarına Azərbaycan-Avropa Birliyi münasibətlərindən başladılar. Bu, təsadüfi deyildi. Çünki İlham Əliyev son çıxışlarının birində Avropadakı ümumi vəziyyəti tənqid etmiş və Azərbaycanın Avropaya inteqrasiya olunmayacağını söyləmişdi. Halbuki, Bakı ilə Brüssel arasında uzun illərdir strateji əməkdaşlıqla bağlı sazişin üzərində iş gedir. İlham Əliyev ilk dəfə sazişin imzalanmasının gecikməsinin iki səbəbini göstərdi.

“Atlas” Araşdırmalar Mərkəzi