Ceyhun Bayramov mina xəritələri ilə bağlı Ermənistana çağırış edib

Aktual

04.06.2021 - 17:09

“Hər gün onlar bu çağırışdan imtina etdikcə, daha çox həyat təhlükə altına düşür”

 

“Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində ikisi media nümayəndəsi olmaqla üç azərbaycanlı mülki vətəndaşın ölməsi ilə bağlı xəbərə dərindən kədərləndim”. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Twitter”də bildirib.

 

 “Biz Ermənistanı minalanmış ərazilərin xəritələrini təhvil verməyə çağırırıq. Hər gün onlar bu çağırışdan imtina etdikcə, daha çox həyat təhlükə altına düşür”, - deyə nazir vurğulayıb.

Müəllif: Ayna.az