Sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti əsasında ABŞ-a işgüzar səfərə gedib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.