Çexiya Senatı Rusiyanın Ukraynada törətdiklərini soyqırım kimi tanıyıb

Dünya

11.05.2022 - 23:51

Senat Rusiyanın fiziki və mənəvi zorakılıq kimi insanlığa qarşı etnik şəkildə olan cinayətlərini pisləyib

Çexiya Senatı Rusiya ordusunun Ukraynadakı hərəkətlərinin soyqırım kimi tanınması haqqında qətnamə qəbul edib. AYNA Ukrayna İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Çexiyadakı səfiri Yevgeni Perebiynis bildirib.

Qəbul edilmiş qətnamədə, həmçinin Çexiyanın Ukraynaya silah tədarükünü davam etdirməsi və Ukraynanın Avropa İttifaqı üzvlüyünə namizəd olmasına dəstək var. Senat Rusiyanın fiziki və mənəvi zorakılıq kimi insanlığa qarşı etnik şəkildə olan cinayətlərini pisləyib.

Bundan əvvəl Kanada, Estoniya, Latviya və Litva Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırımı kimi tanıyıb.

Müəllif: Ayna.az